Koronavirusun daha bir fəsadı - Eşitmənin itirilməsi
15.10.2020 17:34
45 yaşlı britaniyalı pasiyent koronavirusdan sonra eşitməsini tamamilə itirib. Həkimlərin sözlərinə görə, bu, virus fəsadları arasında qeydə alınan ilk faktdır.
 
Aztibb.az xəbər verir ki, astmadan əziyyət çəkən pasiyent London xəstəxanasının reanimasiyasına yerləşdirilib.
 
İVL aparatına qoşulan xəstə 30 gün aparatda qalıb. Reanimasiyadan çıxdıqdan sonra qəflətən onun sol qulağı kar olub.
Müayinələr göstərib ki, buna səbəb orta qulaq sinirinin iltihabı və zədələnməsidir. Qulaq kanalı blok olub.
 
Steroid preparatların təyinindən sonra eşitmə qismən bərpa olunub, lakin bir qulaqda 90% karlıq qalıb.
 
Həkimlər koronavirus xəstələrinə qulaqla bağlı ən xırda dəyişikliyə fikir verməyi və vaxtında həkimə müraciət etməyi tövsiyə edir.
 
Bu problemin qarşısını xəstəlik başlayan kimi steroid dərmanların qəbulu ala bilər.
 
Eləcə də koronavirus xəstələrini müalicə edən həkimlərə eşitmə orqanı və qulaq kanalını diqqətdə saxlamaq tövsiyə edilir. Öncədən qabaqlayıcı tədbir görmək lazımdır ki, xəstələr sonda kar olmasın.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib