Yeməkdən dərhal sonra çay və ya qəhvə içməyin! Dəmir çatışmazlığına səbəb olur
18.07.2023 17:57

Dəmir çatışmazlığı dünyada çox yayılmış bir qida problemidir. Çatışmazlıq daha çox körpələrdə və böyüyən uşaqlarda, hamilə qadınlarda və vegetarianlarda müşahidə olunur.


Aztibb.az cnnturk.com-a istinadən xəbər verir ki, qadınlarda dəmir ehtiyatları az olduğu üçün demək olar ki, hər 3 qadından 1-i dəmir çatışmazlığı səbəbindən anemiyadan əziyyət çəkir.


Qadınlarda menstruasiya zamanı həddindən artıq qanaxma səbəbiylə də dəmir çatışmazlığı yarana bilər. Xüsusilə qidaların tərkibində dəmirin az olması və bağırsaqlardan dəmirin sorulması çox çətin olduğu üçün dəmir çatışmazlığı tez-tez baş verir.


Həkim Fevzi Özgönül dəmir çatışmazlığına qarşı əhəmiyyətli xəbərdarlıqlar edib. O, doğru bildiyimiz başqa bir yanlış vərdişdən də danışaraq, qəhvənin yeməkdən dərhal sonra istehlak edilməməsi lazım olduğunu bildirib.


Yeməkdən dərhal sonra qəhvə qəbul etmək dəmirin udulmasına mənfi təsir göstərir. Dəmir insan orqanizmində cəmi 4-5 qram olmasına baxmayaraq çox vacib elementdir.


Dəmir, immunitet sisteminin gücləndirilməsi, sinir ötürülməsi, toxumalara oksigenin daşınması, DNT, RNT və zülal sintezi kimi həyat üçün vacib olan bir çox fermentin istehsalında iştirak edir. Buna görə də dəmir çatışmazlığı xüsusilə böyüyən uşaqlarda, yetkinlik dövründə və hamiləlik dövründə qadınlarda baş verir.


Yeməklərlə birlikdə çay içməyin də qidadan dəmirin udulmasını azaldır: "Çay, qəhvə və kakaonun tərkibindəki bəzi maddələr dəmirin udulmasını yarıya qədər azaldır. Bu səbəblə yeməkdən dərhal sonra içilən çay və qəhvədən imtina etməliyik".

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev