Günəş vurması bu fəsadlara səbəb ola bilər – Professor ənənəvi metodları pislədi
16.07.2023 16:33

Kocaeli Universitetinin professoru Dilek Bayramgürler ani artan temperaturun günvurma ilə sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.


Aztibb.az cnnturk.com-a istinadən xəbər verir ki, onun sözlərinə görə, günvurma ürək döyüntüsü, tez-tez nəfəs alma, ürəkbulanma, qusma, baş ağrısı, çaşqınlıq, huşunu itirmə ilə nəticələnə bilər.


Bəzi insanlarda günəş yanığı riskinin daha yüksək olduğunu vurğulayan professor günəşin ilk dəri hüceyrələrimizə mənfi təsir göstərdiyini deyib: “Dəri hüceyrələrimizin DNT-sini birbaşa zədələyir və təbii ki, bu zərərin həm uzunmüddətli, həm də qısamüddətli nəticələri var”.


Günəş yanığı xüsusilə qırmızı saçlı, sarı saçlı, rəngli gözlü, çillərə meylli və açıq dərili insanlar üçün daha risklidir. Lakin qarbuğdayı və ya tünd dəriyə sahib olanlar da uzun müddət günəş altında qaldıqda təbii ki, günəş yanığına məruz qala bilərlər.


Günəş yanığına məruz qaldıqda nə etməli olduğunu izah edən həkim ilıq və ya soyuq su ilə duş qəbul etməyi tövsiyə edib.


Təbii ki, günəş yanığı daha şiddətli olarsa, bu dəfə ikinci dərəcəli yanıqlar yaranır və nəticədə qabarcıqlar əmələ gələ bilər. Belə hallarda xəstənin müalicəsinin həkim tərəfindən tənzimlənməsi çox sağlam olardı.


Birdə camaat arasında çox eşitdiyimiz gün yanıqlarına diş pastası, qatıq, tomat pastası sürtmək kimi tətbiqlər ola bilər. Bunları qətiliklə tövsiyə etmirik. Çünki bu məhsulların tərkibindəki kimyəvi maddələr dərimizdə allergik reaksiyalar yarada bilər və ya bəzən dəridə toplanıb qalıqlar əmələ gətirir və sonra həmin nahiyədə müxtəlif mikroorqanizmlərin çoxalmasına səbəb olur.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev