Yuxu apnoyesi – Həkim səbəbləri və müalicəsindən danışdı
15.07.2023 11:30

İnsanın nəzarətində olmayan xoruldama cəmiyyətin % 45-də rastlanan haldır. Xoruldamağın ən ağır forması “Yuxu apnoyesi” deyilən formasıdır.

Aztibb.az xəbər verir ki, LOR cərrahı Qəhrəman Qəhrəmanovun sözlərinə görə, apnoeli (nəfəsin kəsilməsi) xəstələrdə yuxuda qanda oksigenin səviyyəsi hədsiz dərəcədə azalır. Oksigenin düşdüyü bu dövrdə ürək qanı daha çox vurmaq məcburiyyətində qalır bir müddət sonra ürək ritmi pozularkən, illər ərzində yüksək təzyiq və ürək böyüməsi inkişaf edir,belə insanlarda insult və infarkt olmaq faizi çox yüksək olur.


Xoruldamağın Səbəbi Nədir?


Dilin arxası, yumşaq damaq və kiçik dilin olduğu hissənin gənizlə birləşdiyi bölgədə bunlar bir biriləri üst-üstə düşdüyü zaman nəfəslə birlikdə titrəyir və xoruldama meydana gəlir. Xoruldayan kəs aşağıdakı problemlərdən ən azı birinə malikdir:

 

- Dil və boğaz əzələlərinin yumşalmışdir.
- Boğazdakı toxumaların həddən artıq böyük olması.


Böyük damaq badamcıqı və adenoidlər uşaqlarda ən çox rast gəlinən xoruldama səbəbidir. Yumşaq damaq və kiçik dilin həddindən artıq sallanmış və uzun olması boğaza doğru hava yolunu azaldır və xoruldamağa səbəb olur.


Burun tıxanıqlığı zamanı (burun çəpəri əyriliyi,burun balıq qulaqlarının ölçülərinin artması,burun polipləri,xroniki sinusitlər) ağızla tənəffüs etdikdə, yumşaq toxumaların tənəfüs yollarina sallanmasi (prolapsı) nəticəsində, inspirasiya (nəfəs alma) zamanı xorultu yaranır.


Tənəffüsün 10 saniyədən çox dayanmasına apnoye deyilir. Apnoye bəzi hallarda bir gecədə 450 -500dəfə təkrarlanır.Bu isə ümumilikdə tənəffüsün 3-5 saat dayanması deməkdir.Bu qədər orqanizmin oksigensiz qalması,CO2 qanda miqdarının artması, saglamlıq üçün çox təhlükəlidir. Bu insanlarda sidik -cinsiyyət,dayaq -hərəkət,həzm,endokrin (şəkərli diabet və s.),əsəb sistemlərinin xəstəlikləri müşaidə olunur.


Müalicəsi


Xoruldama obstruktiv (tənəffüs yollarının qapanması) və mərkəzi tipli (beyin mənşəli) olur. Müalicə əsasən nəfəs yollarını qapayıcı amillərin aradan qaldırmasından ibarətdir.

 

- Uşaqlarda adenoidlər və-kəskin böyümüş tonzillaların çıxarılması.
- Uvulopalatinoplastika (sallanmış dilçək və damagın yıgılması.
- Septoplastika(burun çəpərinin düzəldilməsi).
- FESC (burun və ətraf ciblərin iltihabı xəstəliklərinin aradan qaldırılması.)
- Sinus-polipotomiya.
- Vazotomiya.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev