Çində kütləvi test prosesi zamanı 10 milyona yaxın nümunə toplanılıb
15.10.2020 16:41

Çinin Şandun vilayətinin Çindao şəhərində COVID-19 infeksiyasının yayılma zəncirinin müəyyən edilməsi üçün kütləvi test prosesi başa çatmaq üzrədir.

 

Aztibb.az xəbər verir ki, 5 günlük proses çərçivəsində test üçün 9,94 milyon nümunə toplanıb. Onların 7,64 milyonu test edilib və ilk gün müəyyən edilmiş yoluxma halları istisna olmaqla, cavablar neqativ olub. Test prosesinin oktyabrın 16-da başa çatması nəzərdə tutulub.

 

Qeyd edək ki, son günlər şəhərdə 13 nəfərin COVID-19 infeksiyasına yoluxmasından sonra Çindaoda kütləvi test prosesinin icrasına qərar verilmişdi. Bildirilir ki, yoluxma zəncirinin başlanğıcı xaricdən yoluxmuş vəziyyətdə Çinə gələnlərin müalicə olunduğu xəstəxanadır. Şəhər hökumətinin səhiyyə komitəsinin rəhbəri və həmin xəstəxananın baş həkimi epidemiya ilə nəzarəti düzgün təşkil etmədiyinə görə vəzifəsindən uzaqlaşdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib