İlk yardım dəsti olmadan kəsik yarasını necə müalicə etməli?
14.07.2023 17:43

Terapevt Olqa Çirkova yanınızda ilk yardım dəsti və ya təmiz su yoxdursa, kəsikləri spirtlə müalicə etməyin daha yaxşı olduğunu deyib. O, qeyd edib ki, əgər yara dərindirsə, kənarları çox açılıbsa, təcili yardıma müraciət etmək lazımdır.

Aztibb.az news.ru-ya istinadən xəbər verir ki, həkimin sözlərinə görə, əgər qanaxmanı dayandırmaq mümkün deyilsə, insan şiddətli ağrılar yaşayırsa və ağrı şokunun əlamətləri varsa, o zaman təcili yardım çağırılmalıdır.

Kiçik bir kəsik belə böyük problemlərə, sepsisə, ölümə səbəb ola bilər.

O, əlavə edib ki, əgər insan heç vaxt peyvənd olunmayıbsa və ya beş il ərzində yenilənməyibsə, tetanoza tutulma şansı da var. Həmçinin, kəsik düzgün sağalmazsa, sinir uclarına zərər verə bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev