İzdihamlı istirahət yerlərində bunlara əməl edin – Terapevtdən tövsiyələr
09.07.2023 16:50

Terapevt Lyudmila Lapa müsahibəsində insanların sıx olduğu kurortlarda istirahət edənlərə infeksiyalardan qorunmaq üçün tövsiyələrini bölüşüb.

Aztibb.az actualnews.org-a istinadən xəbər verir ki, o, “çimərlik” xəstəliklərinin mümkün nəticələrini azaltmaq üçün səyahət zamanı ilkin tibbi yardım dəstində müəyyən dərmanların olmasının vacibliyini qeyd edib.

Həkim izdihamın həmişə bağırsaq infeksiyaları və virus infeksiyalarının hava ilə ötürülməsi ilə bağlı problemlərə səbəb ola biləcəyini deyib. Bu baxımdan o, istirahət edənlərə sağlamlıq problemlərinin qarşısını almaq üçün maskalardan istifadə etməyi tövsiyə edib. Lakin istidə maska taxmağın həmişə əlverişli olmadığını nəzərə alaraq, səhər və axşam duzlu su ilə burnunu və boğazı yaxalamağı məsləhət görüb.

O, həmçinin otelə qayıtmazdan əvvəl çimərliyi ziyarət etdikdən sonra duş qəbul etməyin vacibliyini vurğulayıb.

Həkim istirahət edənlərə dəniz suyunun udulması ilə bağlı infeksiya riski barədə də xəbərdarlıq edib və yeməyin hazırlanma qaydasına diqqət etməyi məsləhət görüb. Tətil zamanı özünü daha təhlükəsiz hiss etmək üçün sorbentlər, probiyotiklər, aspirin və parasetamol götürməyi tövsiyə edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev