Skolioz qızlarda daha çox rast gəlinir - Hansı hallarda ortopedə müraciət edilməli?
29.06.2023 08:47

Ortopediya və travmatologiya mütəxəssisi professor Dr. Mahir Gülşən uşaqlarda skoliozun erkən diaqnozunda valideynlərin üzərinə məsuliyyət düşdüyünü və skolyoz hallarının daha çox qızlarda müşahidə edildiyini bildirib.


Aztibb.az cumhuriyet.com.tr-yə istinadən xəbər verir ki, həkimin sözlərinə görə, bədənin damını təşkil edən, sağlam nəfəs almada və ürəyin yaxşı işləməsində rol oynayan, beyindən əmrləri hərəkəti təmin edən əzələlərə ötürən sinirləri qoruyan onurğa skolyoz səbəbiylə üç ölçülü deformasiyaya uğraya bilər.


Onurğada 10 dərəcədən çox sağa və ya sola əyriliklərə səbəb olan skoliozun bir çox səbəbi var. Xüsusilə yeniyetməlik dövründə görülən bilinməyən səbəb növünə idiopatik skolyoz deyilir.


Onurğadakı əyilmə "S" və ya "C" formasına çevrilir. Skolioz sonrakı mərhələlərində ciddi duruş pozğunluqlarına səbəb ola bilir. Skolioz anadangəlmə ola bilər və ya sinir-əzələ xəstəlikləri, əzələ pozğunluqları və ya metabolik xəstəliklər nəticəsində inkişaf edə bilər.


Erkən yaşlarda ortaya çıxan skolyozda estetik qüsur meydana gəlir və eyni zamanda tənəffüs sistemi də mənfi təsirlənir. Bütün skolyozlar körpəlikdə görünmür. Bunlardan ən çox rast gəlinənlər 10-12 yaş arasında görünür və daha çox qızlarda olur.


Valideynlərin övladlarını erkən diaqnoz üçün yoxlamaları çox vacibdir. Onlar hər iki çiyinin paralel olub olmadığını görmək üçün ön tərəfdən baxmalıdırlar. Bir çiyin digərindən yüksəkdirsə, bu, əhəmiyyətli bir simptom ola bilər. Həmçinin, uşaq ayaq üstə olanda onun kürəyinə baxmaqla onurğa sütununun düz olub-olmamasını görmək mümkündür. Bütün bunlarda nəzərəçarpan dəyişiklik görünərsə ortopedə müraciət lazımdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev