Qurban bayramı sonrası qidalanma - Ac qalıb maddələr mübadiləsini daha çox pozmayın!
28.06.2023 08:50

Qurban Bayramı sonrası sağlam qidalanma mövzusunda tövsiyələr edən uzman diyetoloq Eray Albayrak bu prosesdə maddələr mübadiləsini bərpa etməyə kömək edəcək balanslı və nizamlı qidalanmanın əhəmiyyətinə diqqət çəkib.

Aztibb.az xəbər verir ki, həkim sosial hesabında paylaşdığı məlumatda gündə ən az 2,5 litr su istehlak etmək, sağlam qidalanma proqramlarında şirniyyatları, qızardılmış qidaları, yağlı qidaları mümkün qədər azaltmaq barədə xəbərdarlıq edib.

Bayramda ətlər, şərbətli desertlər, şokoladlar istehlak edildiyindən bu tarazlığı təmin etmək üçün bayramdan sonra qidalanmaya fikir vermək və maddələr mübadiləsini bərpa etmək vacibdir.

Zərərli birləşmələr dediyimiz bədəndəki artıq piylər və toksinlər suyun köməyi ilə bədəndən çıxarılır. Ona görə də gündə ən az 10-12 stəkan su içməliyik.

Xüsusilə iki həftə ərzində tərkibində sadə şəkər olan qidalar, qızardılmış yeməklər, xəmir, düyü və makaron, çox yağlı qidalardan uzaq durmalısınız. Gündə 6-7 porsiya tərəvəz və meyvə istehlak edilməlidir.

Az yağlı və ya yağsız süd və süd məhsulları yağın yandırılmasına əhəmiyyətli dərəcədə kömək edir. Ona görə də onu istehlak etməkdən çəkinməyin və gündə 2-3 porsiya az yağlı süd və məhsullar istehlak etməyə diqqət edin.

Bundan əlavə, açıq havada gəzintilər stressi azalda biləcəyimiz, həmçinin yağ yandırmağa və ödemi aradan qaldırmağa kömək edən bir fəaliyyətdir.

Yaxşı yatmağınıza da fikir verin. Araşdırmalar göstərib ki, yuxu vaxtı iştah hormonları bir-birinə təsir edir və 5 saatdan az və 8 saatdan çox yatmaq insanı gün ərzində daha çox karbohidrat qəbul etməsinə səbəb ola bilər.

“Bayramda yediklərimi yandıracağam” deyib ac qalıb maddələr mübadiləsini daha çox pozmayın. 3 əsas yemək (səhər yeməyi, nahar və şam yeməyi) və 2-3 qəlyanaltı ilə xüsusi hazırlanmış qidalanma proqramlarını tətbiq edin.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev