Gürcüstanda koronavirusun ikinci dalğası başlayıb
14.10.2020 14:48

Gürcüstanda epidemioloji vəziyyət gərginləşib, ikinci dalğa başlayır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib.

 

Onun sözlərinə görə, ikinci dalğa say baxımından daha güclü, ağırlıq baxımından isə nisbətən yüngüldür.

 

Baş epidemioloq deyib ki, Gürcüstan daxilində yayılma intensiv xarakter alıb. Buna baxmayaraq, ölkədə genişmiqyaslı məhdudlaşdırıcı tədbirlər olmayacaq. Yalnız lokal məhdudiyyətlərin tətbiqi planlaşdırılır.

 

Bununla belə, A.Qamkrelidze vətəndaşlara müraciət edərək koronavirusun yayılmasının qarşısını almaq üçün geniş toplantılardan, o cümlədən toylardan uzaq durmağa çağırıb.

 

“Xahiş edirəm böyük toplantılardan çəkinin, bir müddət - bir il boyunca toylardan və böyük məclislərdən uzaq durun”,- deyə, baş epidemioloq vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib