Maskalar COVID-19-a yoluxmanı ikiqat azaldır
13.10.2020 23:58

Yeni araşdırmalar zamanı belə bir qənaətə gəlinib ki, maskalardan məcburi istifadə koronavirusun yayılmasının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Müvafiq araşdırma Kanada alimləri tərəfindən aparılıb.

 

Aztibb.az medikforum.ru saytına istinadla xəbər verir ki, Britaniya Kolumbiyasındakı “Saymon Freyzer” Universitetinin tədqiqatçıları maska taxmağın COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində əhəmiyyətli rolu barədə dəlillər aşkarlayıb. Lakin tədqiqatla bağlı hələlik rəy alınmadığına görə, nəticələr dərcolunmadan öncəki hazırlıq mərhələsindədir. Layihə müəlliflərinin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, maska taxmağın qapalı mühitdə məcburi olduğu yerləri digərləri ilə müqayisə etdikdə iyun, iyul ayları ərzində COVID-19-a 25-40 faiz az yoluxma faktı qeydə alınıb.

 

Maskalardan istifadə sayəsində bir həftə ərzində 700 -1100 nəfər az insan koronavirusa yoluxub. Alimlər iyul və avqust aylarında məcburi maska rejimi tətbiq edilmiş Ontario ictimai səhiyyə sahəsinin 34 şöbəsində müşahidə aparıblar. Sonradan alimlər tərəfindən bütün Kanada ərazisində aparılan müvafiq tədqiqatlar nəticəsində əyalət səhiyyə departamentindən alınan məlumatlarda oxşar rəqəmlər aşkarlanıb. Maska rejimi qəbul edildikdən sonra ilk bir neçə həftə ərzində orta hesabla 46 faiz az yoluxma faktı qeydə alınır.

 

Tədqiqatın nəticələri göstərir ki, müvafiq qadağaların tətbiq olunmadığı yerlərlə müqayisədə, məhdudiyyətlərin qüvvədə olduğu müəssisələrdə, insanların sıx toplaşdığı qapalı məkanlarda 48 faizdən 57 faizə qədər az yeni yoluxma faktları qeydə alınıb. Bütün bunlar, yuxarıda qeyd etdiyimiz kimi, maskalardan istifadənin sağlamlığın qorunması üçün mühüm əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib