Texas Universiteti: Yeraltı suların həddən çox istismarı qütb sürüşmələrinə gətirir
19.06.2023 10:41

Təxminən iyirmi il ərzində insanlar yerdən o qədər çox su çəkiblər ki, Yerin qütbləri demək olar ki, bir metr dəyişib.


Aztibb.az planet-today.ru-ya istinadən xəbər verir ki, bu, eyni dövrdə Qrenlandiya buzunun əriməsi nəticəsində yaranan qütb sürüşməsinə bərabərdir.


Ostindəki Texas Universitetindən Clark Vilson bildirib: "İnsanlar öz həyatlarını yaşayırlar və Yerin yırğalanmasından və sürüşməsindən xəbərsiz qalırlar".


Alim həmkarları ilə suyun planet ətrafında paylanmasındakı dəyişikliklərin qütblərin sürüşməsinə necə təsir etdiyini modelləşdiriblər.


Qütb sürüşməsinin bir hissəsi təbii səbəblərdən qaynaqlanır. Qütblər həmçinin suyun fəsillərlə hərəkəti kimi planet ətrafında kütlələrin paylanmasının dəyişməsi səbəbindən sürüşür.


"Qütblərin sürüşməsinə kömək edən bir sıra amillər var və bunların hamısı bir araya gəlir", – deyə C.Wilson bildirib. Antropogen amillər, eləcə də iqlim dəyişikliyi, buzlaqların əriməsi və nəticədə dəniz səviyyəsinin yüksəlməsi, qütb sürüşmələrinə mənfi mənada öz töhfəsini verir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev