Koronavirusu qripdən fərqləndirən - 5 əlamət
13.10.2020 21:46

Rusiyalı həkim-epidemioloq Kseniya Şorikova koronavirus və qrip arasında fərqli cəhətlərdən danışıb.

 

Aztibb.az xəbər verir ki, həkimin sözlərinə görə, xəstəliyin əvvəlində qrip və koronavirus özünü oxşar simptomlarla büruzə verir. Lakin bu 2 infeksiya arasında müəyyən fərqlər də var.

 

1-ci fərq – inkubasiya dövrü. Qripin simptomları yoluxmadan 2-4 gün sonra üzə çıxır. Koronavirusun inkubasiya dövrü daha uzundur – 14 günə qədər.

 

2-ci fərq – asqırma. Qrip və soyuqdəymə zamanı bu simptom tez-tez müşahidə olunur. Koronavirus infeksiyası zamanı isə heç vaxt olmur.

 

3-cü fərq – burun axması. Koronavirus zamanı bu simptoma çox nadir hallarda təsadüf edilir.

 

4-cü fərq – oynaq ağrısı. Koronavirus zamanı çox tez-tez müşahidə olunur, qrip zamanı əksinə.

 

5-ci fərq – baş ağrısı. COVID-19 zamanı baş ağrısı nadir hallarda olur, qrip zamanı isə əksinə bu ən yayılmış simptomdur.

 

Həkimin bildirdiyinə görə, koronavirus hiyləgər infeksiyadır və bəzi hallarda heç bir simptomla özünü büruzə vermir. Qrip zamanı bu mümkün deyil, simptomlar (bədəndə ağrılar, baş ağrısı, yüksək qızdırma, asqırma, öskürək və s.) mütləq meydana çıxır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib