Şəkidə koronavirusla əlaqədar tədbirlər davam etdirilir  
13.10.2020 12:59

Şəkidə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən qabaqlayıcı tədbirlər gücləndirilib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Aztibb.az-a verilən məlumata görə, yol polisi əməkdaşları rayon ərazisində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparıb.

 

Şəhərdaxili marşrut avtobuslarında, taksilərdə sərnişinlərin sosial məsafə saxlaması, tibbi maskadan istifadə etməsi, həmçinin şəffaf arakəsmələrin quraşdırılmasının vacibliyi onların diqqətinə çatdırılıb.

 

Bəzi hallarda sürücülərin normadan artıq sərnişin götürməsi, həmçinin mövcud tələblərə riayət etməməsi yoluxma hallarının daha da artmasına səbəb olduğu vurğulanıb.

 

Sonda sürücüləri maraqlandıran suallar DYPB-nin əməkdaşları tərəfindən cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub