Koronavirus qış aylarında daha çox yayılacaq - SƏBƏBİ
13.10.2020 11:39

Mütəxəssislər koronavirusun yoluxuculuq baxımından, qış aylarında daha təhlükəli olacağını deyir.

 

Aztibb.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərinin "Reading" Universitetinin virusologiya üzrə professoru Lan Cons açıqlamasında qrip kimi digər tənəffüs yolu xəstəliklərinin yay aylarında daha az yayıldığını söyləyib.

 

Professor bunun səbəblərini açıqlayıb: “Virusların qış aylarında daha çox yayılmasının səbəbi xəstəliyin nəfəsdə olan su damlaları ilə yayılmasıdır. Bu damlalar isti və quru havada, günəş şüaları çox olan vaxtlarda daha tez quruyur. Qış aylarında isə nəfəsdən çıxan damlaların quruması gecikir ki, bu da virusun daha çox və geniş yayılmasına səbəb olur”.

 

Mütəxəssislər, koronavirusun soyuq iqlimlərdə daha yaxşı inkişaf etdiyini və daha böyük ziyanlar vurduğunu açıqlayır. İngiltərə də daxil olmaqla, 8 Avropa ölkəsində koronavirusdan xəstəxanada yatan 7 min insanın nəticələrinə görə, temperaturda qeydə alınan hər bir dərəcə artım ölüm göstəricisinin 15 faiz düşməsini təmin edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub