Onkoloqlar:  Sensasiyalı xərçəng dərmanı sınaqdan keçirilib
05.06.2023 10:43

Çin alimləri effektivlik baxımından bütün mövcud dərmanlardan fərqli yeni dərman hazırlayıblar.

Aztibb.az mednovelty.ru-ya istinadən xəbər verir ki, onlar təbii xərçəng əleyhinə dərman olan vinblastini sintez edə biliblər.

Tədqiqatlar zamanı elm adamları insan orqanizminin NK hüceyrələrinin xərçəng hüceyrələri ilə mübarizə apara biləcəyini müəyyən edə biliblər.

Bu hüceyrələr çox vaxt "xərçəng öldürücüləri" adlanır, çünki onlar həyat boyu bədəndə xərçəng şişlərinin inkişafının qarşısını ala bilirlər.

Alimlər xərçəng hüceyrələrinin immun sistemindən gizlənmə ehtimalını azaldan mexanizm hazırlamağa nail olublar.

Həmçinin Çində laboratoriya üsulları ilə oxşar NK hüceyrələrinin yaradıla biləcəyini göstərən bir araşdırma da aparılıb. Hansı ki, xəstəliyin irəli mərhələlərində istifadə edilə bilər.

Tədqiqat müəlliflərinin fikrincə, xərçəngin sonrakı mərhələlərində çoxlu sayda belə hüceyrələrdən istifadə olunarsa, o zaman orqanizmin onkologiyaya qalib gələ bilməsi ehtimalı var.

Bunun üçün təbii preparatlardan istifadə edilməlidir. Xüsusilə, Catharanthus roseus bitkisi şişlərin böyüməsini dayandıra bilən və metastazların inkişafının qarşısını ala bilən unikal maddələr dəsti ehtiva edir.

Buna görə də indi alimlər işlənib hazırlanmış metodları sonrakı sınaqlara hazırlamaq üzərində işləyirlər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev