Bu ölkədə açıq havada tibbi maskadan istifadə icbari olacaq
13.10.2020 09:03

Koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Slovakiyada oktyabrın 15-dən etibarən bir sıra sərtləşdirici tədbirlər qüvvəyə minəcək.

 

Aztibb.az xəbər verir ki, qapalı məkanlarla yanaşı, açıq havada da tibbi maskalardan istifadə icbari olacaq. Bununla yanaşı, kafe və restoranların fəaliyyətində bir sıra məhdudiyyətlər tətbiq olunacaq, fitnes studiyaları isə ümumiyyətlə bağlanacaq.

 

Koronavirus Böhran Mərkəzindən bildirilib ki, əsas məhdudiyyət açıq havada da tibbi maskalardan istifadə edilməsidir. Hökumət rəhbəri İqor Matoviçin sözlərinə görə, bu qərarla hökumət yoluxmanın artmasını ləngitməyə çalışır.

 

Restoranlar isə oktyabrın 15-dən etibarən yalnız yeməklərin çatdırılma xidmətini həyata keçirə bilərlər, müştərilərə məkandaxili xidmət qadağan olunur. Eyni zamanda fitnes studiyaları və hovuzların da fəaliyyəti dayandırılacaq. Ölkə üzrə bütün kütləvi tədbirlər qadağan olunur və ərzaq malları mağazaları ahıllar və risk qrupuna daxil insanlar üçün ayrıca iş saatlarında açıq olmalıdır.

 

Bu qərarların hansı müddətə qəbul olunduğuna dair açıqlama verilməyib. Hazırda koronavirusa yoluxma hallarının ümumi sayının 20 minə çatdığı Slovakiyada gündəlik yoluxma sayı 1054 nəfərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib