Qaraciyərdə problemlərə işarə edən üç əlamət
30.05.2023 15:20

Yağlı qaraciyər xəstəliyinə metropoliten sakinlərinin 30 faizindən çoxunda rast gəlinir.

Aztibb.az xəbər verir ki, “Veçernıy Moskva” ilə söhbətində qastroenteroloq-terapevt Nikita Xarlov hansı əlamətlərin qaraciyərdə problemlərdən xəbər verdiyini və onu sağlam saxlamaq qaydaları haqqında məlumat verib.

Onun sözlərinə görə, qaraciyəri sağlam saxlamaq üçün özünə qarşı diqqətli olmaq lazımdır. Vaxtında diaqnoz, fibroz mərhələsinə çatmamış xəstəliyi çox asanlıqla müalicə etməyə imkan verir.

Mütəxəssis, qaraciyərin pozulması barədə xəbərdarlıq edən bir neçə siqnalı sadalayıb:

Böyük qarın

- Aramızda belə adamlar çoxdur. Böyük bir qarın, bütün əlavə çəki yalnız bu sahədə toplanırsa, sizi xəbərdar etməlidir. Bu onu deməyə əsas verir ki, piylə böyümüş orqanların içərisində az yer var və qaraciyər yerin çox hissəsini tutur.

Gündüz yuxululuq və apne

Xarlov qeyd edib ki, bir insan gün ərzində yuxuya gedirsə və apne varsa, qaraciyərin pozulması barədə də düşünməyə dəyər. Belə siqnallar metabolik sindromun, o cümlədən qaraciyər xəstəliyinin əlamətləridir.

“Öz sağlamlığınıza daha diqqətli olsanız, qaraciyərlə bağlı problemlərdən qaça bilərsiniz. Ən sadə diaqnostika - qaraciyərin ultrasəs müayinəsi, qan testləri hər kəs üçün əlçatandır və onların sağlamlığına nəzarət etməyə kömək edir”, – qastroenteroloq bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev