Qastroenteroloq pomidor və çiyələk yeməkdə diqqətli olmağı məsləhət görüb
30.05.2023 15:55

Tərəvəz və meyvələrin tərkibində orqanizm üçün lazım olan vitaminlər, minerallar və liflər olmasına baxmayaraq, onların bəziləri mədə-bağırsaq traktına mənfi təsir göstərə və ya allergiyaya səbəb ola bilər.


Aztibb.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə qastroenteroloq Yekaterina Kaşux məlumat verib.


Qastroenteroloqun fikrincə, xüsusilə şam yeməyində pomidor, bibər, badımcanla ehtiyatlı olmaq lazımdır.


“Bu tərəvəzlər az miqdarda zəhərli solanin ehtiva edir və bəzi insanlarda qidaya qarşı dözümsüzlük və ya allergiyaya səbəb ola bilər.


Onların tərkibində çoxlu C, A, E, K vitaminləri, fol turşusu, kalium, maqnezium və antioksidantlar var.


Karbohidratların çox olması səbəbindən kartof, qarğıdalı və balqabaq kimi nişastalı tərəvəzlər çox faydalı deyil. Onlardan diabet xəstələri və arıqlamaq istəyənlər ehtiyatla istifadə etməlidirlər.


Ekspertin sözlərinə görə, tərkibində nişastası olmayan tərəvəzlər ən faydalı hesab olunur. Bunlara müxtəlif növ kələm, xiyar, balqabaq, hər növ göyərti, o cümlədən ispanaq, kərəviz və cəfəri daxildir. Onların tərkibindəki maddələr immunitetin və ürək-damar sisteminin sağlamlığının qorunmasına kömək edir.


Giləmeyvə və meyvələr arasında daha az miqdarda histamin olanlara üstünlük verilməlidir. Həkim izah edib ki, bu maddə qan damarlarını genişləndirir və allergiyaya bənzər simptomlar yaradır.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev