Pandemiyanın ABŞ-a vurduğu ziyan - 16 trilyon dollardan çox...
13.10.2020 08:44

ABŞ iqtisadiyyatı 16 trilyon dollardan çox vəsait itirəcək.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə ABŞ-ın keçmiş maliyyə katibi Lourens Sammers və Harvard universitetinin iqtisadçısı Devid Katlerin Amerika Tibb Birliyinin dövri nəşrində dərc etdikləri məqalədə yazılıb.

 

Ekspertlər hesablamalarında növbəti on ildə ABŞ-da yaranacaq məhsuldarlıq itkisini, eyni zamanda yerli sakinlərin xəstəliyi və ölümünün səbəb olduğu iqtisadi ziyanı da nəzərə alıblar. Ümumi rəqəmin 16 trilyon ABŞ dollarından çox olduğu təxmin edilir ki, bu da ABŞ-ın illik ÜDM-nun 90% -ni təşkil edir. Dörd nəfərlik ailənin itkisi təxminən 200 000 ABŞ dolları təşkil edəcək. Bu məbləğin təxminən yarısı COVID-19 səbəbindən itirilən gəlirdir. İqtisadçılara görə, pandemiya “Böyük Depressiya”dan sonra ABŞ-ın firavanlığı və rifahı üçün ən ciddi təhdiddir.

 

Xatırladaq ki, L.Sammers Harvard Universitetinin fəxri prezidentidir. 1999-2001-ci illərdə ABŞ Maliyyə katibi vəzifəsində çalışıb. 2009-2011-ci illərdə Ağ Evin Milli iqtisadi şurasının rəhbəri olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib