Gündəlik şokolad istehlakı qadınlarda ölüm riskini azaldır - TƏDQİQAT
28.05.2023 13:19

Amerikalı alimlər bu nəticəyə gəlmək üçün yüz minlərlə qadının məlumatlarını tədqiq ediblər. Məlum olub ki, gündəlik şokolad istehlakı zərif cinsin nümayəndələrinin ölüm riskini azaldır.


Aztibb.az poisknews.ru-ya istinadən xəbər verir ki, bundan əvvəlki tədqiqatlar ürək-damar xəstəliklərinin (CVD) şokolad istehlakı ilə əlaqəli olub-olmadığı sualına dəqiq cavab verə bilməyib.


Tennessi Universiteti ABŞ-dakı 40 klinik mərkəzdən aldığı 50-79 yaş arası qadınların məlumatlarını təhlil edib.


Tədqiqatın dövrü ərzində 25 min qadın dünyasını dəyişib. Onlardan 7 mini CVD səbəbiylə, 7 mini xərçəng və 3 mini demans səbəbi ilə ölüblər.


Şokolad yeməyənlərlə müqayisədə, şokolad istehlak edən tədqiqat iştirakçılarının bütün səbəblərdən ölüm riski daha az olub.


Ən yaxşı nəticələr gündə bir porsiya yeyən qadınlarda olub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev