Son sutkada COVID-19-dan ölən olmayıb
27.05.2023 18:45

Son sutkada Azərbaycanda koronavirusa 9 yeni yoluxma faktı qeydə alınıb, xəstəlikdən vəfat edən olmayıb.

 

Aztibb.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19-a yoluxan 9 nəfər sağalıb.

 

İndiyədək ölkədə ümumilikdə 831 812 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 451 nəfər müalicə olunaraq sağalıb, hazırda 88 aktiv xəstə var. Bu günə qədər 10 273 nəfər vəfat edib.