Ön cəbhədə uğurlu nəticələr əldə etmək üçün arxa cəbhənin öz sağlamlığını qoruması vacibdir - Yazgül Abdıyeva
12.10.2020 20:43

Sentyabrın 27-dən etibarən Azərbaycan tarixinin növbəti şanlı günləri başlayıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında igid Vətən övladlarının işğal altında olan torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizə, göstərdiyi əzm, düşmənə endirdiyi ağır zərbələr hər birimizin qəlbini böyük fərəh hissi ilə doldurur. Hər birimiz bu mübarizədən qalib ayrılacağımıza əminik, çünki biz öz torpaqlarımız uğrunda, öz haqqımız naminə döyüşürük.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib.

 

“Hazırda biz çox çətin və məsuliyyətli bir dövrdən keçirik. Çünki mübarizəmiz tək bir cəbhədə getmir. Bütün dünyada, o cümlədən ölkəmizdə yeni növ koronavirus (COVID-19) pandemiyasının bitmədiyini unutmamalıyıq. Digər ölkələrlə müqayisədə, Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altında olsa da, son zamanlar yoluxma sayındakı artım bizi daha dərindən düşünməyə və ikiqat məsuliyyətli olmağa vadar edir. Bilməliyik ki, ön xətdə savaşan qəhrəman Vətən övladlarına dəstək olmaq üçün arxa cəbhənin öz sağlamlığının qeydinə qalması olduqca vacibdir. Çünki biz qaydalara əməl etməməklə hərbçilərimizin də sağlamlığına təhlükə yarada bilərik. Bir yandan da yaralıları düşünmək, xəstəxanaların yüklənməməsinə, tibbi kadr çatışmazlığının yaranmamasına çaışmalıyıq. Bunun üçün üç qızıl qaydaya riayət etmək – maska taxmaq, əl gigiyenasına diqqət yetirmək və sosial məsafə saxlamaq olduqca vacibdir.

 

Adətən payız-qış mövsümündə soyuqlama hallarının artımı müşahidə olunur. Bu zaman immunitet düşür ki, bu da qrip və digər respirator xəstəliklərə yoluxma riskini artırır. Bir şəxsin həm qrip, həm də koronavirusa yoluxması fəsadlaşmalara yol aça bilər. Odur ki, xüsusi karantin rejiminin tələblərinə, mütəxəssislərin tövsiyələrinə əməl etməklə nəinki koronavirusa, o cümlədən qrip və digər respirator xəstəliklərə yoluxmaqdan qaçmaq olar. Ordumuza daha yaxşı dəstək göstərmək, əsgərlərimizin sağlamlığına təhlükə törətməmək üçün hər kəsi vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağırıram”, - deyə Y.Abdıyeva bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib