Təcrübəli kardioloq Zenfira Səfərova - "Həkimlərimizi tanıyaq!” rubrikası
27.05.2023 16:28
Dünyada həkimlik qədər şəfalı, şəfqətli, xeyirxah və humanist peşə yoxdur. Bütün zamanlarda xalqlar arasında həkim cəmiyyətin ən çox sevilən və hörmət edilən təbəqəsi sayılıb, onların haqqında hikmətli sözlər yazılıb. Seçdiyi peşəsindən, həyatdakı işindən, mövqeyindən asılı olmayaraq, hər kəsin qəlbində bu sənət sahiblərinə qarşı ali hisslər yaşayır.
 
"Həkimlərimizi tanıyaq!" rubrikasında söz açacağımız Zenfira Səfərovada sevilən-seçilən həkimlərdən biridir. O, bu günədək mənalı həyatını bütünlüklə şərəfli işinə, müqəddəs peşəsinə, insanların sağlamlığına həsr edib.
 
Zenfira Həşimalı qızı Səfərova 21 oktyabr 1954-cü ildə Əli Bayramlı şəhərində anadan olub. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə profilaktika fakültəsində təhsil alıb. 1977-1978-ci illərdə 1 nömrəli Semaşka adına Klinik Xastəxanada internatura keçib.
 
O, 1978-ci ildə Əli Bayramlı Şəhər Mərkəzi Xəstəxanasının Terapiya şöbəsində həkim terapevt, 1989-cu ildə Kardiologiya şöbəsində həkim-kardioloq, 1995-ci ildə Rayonlararası Kardioloji mərkəzdə müdir vəzifələrində çalışıb.
 
08.02.2013 və 17.04.2018-ci illərdə Həkimlərin Sertifikasiya Şəhadətnaməsindən keçib.
 
2019-cu ildə Şirvan ŞMX-nın I Terapiya şöbəsində şöbə müdiri işləyib, 2021-ci ildən Terapiya şöbəsində həkim-kardioloq kimi fəaliyyətini davam etdirir.
 
Təcrübəli kardioloq 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
 
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər