Son sutkada 3 nəfər koronavirusa yoluxub, ölən olmayıb
22.05.2023 16:52

Azərbaycanda son sutka ərzində koronavirus infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb.

 

Aztibb.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada xəstəlikdən vəfat edən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 831 735 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 386 nəfər müalicə olunaraq sağalıb, hazırda 77 aktiv xəstə var. Bu günə qədər 10 272 nəfər vəfat edib.