Diyetoloq: Pivədə qadın hormonlarının analoqu var
22.05.2023 12:17

Diyetoloq İrina Mansurova bildirib ki, pivədə qadın hormonlarının analoqu var.

Aztibb.az life.ru-ya istinadən xəbər verir ki, qadınlar üçün pivə qarın və belin sürətlə böyüməsi və artıq çəki ilə nəticələnir.

 

Tədricən visseral yağ yığılır, reproduktiv funksiya pozulur, menstrual pozuntular baş verir, üzdə və bədəndə tüklərin miqdarı artır.

Bundan əlavə, dəri solğun və qırışmış olur, kapilyarda yırtıqlar yaranır, damarlar görünür.

Bu, həm də döş və cinsiyyət orqanlarının xərçənginə tutulma ehtimalını artırır.

Səadət Məmmədova
Müəllifin digər yazıları