Alimlər həssas protez əllər yaradıblar
20.05.2023 10:06

Lozannadakı İsveçrə Federal Texnologiya İnstitutunun (EPFL) alimləri temperatur dəyişikliklərini hiss etməyə imkan verən protez əllər hazırlayıblar.

Aztibb.az xəbər verir ki, bununla bağlı “Technology Networks” yazı dərc edib.

Tədqiqat əvvəlcə bədəni rəqəmsal dünyaya bağlamaq və insanın fiziki vəziyyətini yaxşılaşdırmaq üçün sensor və temperatur rəylərini birləşdirmək məqsədilə nəzərdə tutulmuş “MetaTouch” adlı neyrotaktil cihazı dəriyə yerləşdirməklə başlayıb. İştirakçıların dərisinə birbaşa termal rəy vermək üçün “MetaTouch”dan istifadə edilib.

Alimlər – Silvestro Miquera və Solaiman Şokur qeyri-invaziv sensor əks əlaqənin protez üzvlərinə daxil edilməsi üsullarını işləyib hazırlayıblar. Tədqiqat zamanı temperatur hissini təmin etməklə bağlı nəticə əldə olunub.

Bu insan orqanizmi üçün temperatur hissinə malik bionik protezlərin yaradılması istiqamətində daha bir addım olub. Yeni texnologiya amputasiya olunmuş şəxslərə toxunuşlar zamanı temperatur fərqini duymağa imkan verir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev