Ən təhlükəli öskürək – Ürəklə əlaqəli öskürək
16.05.2023 16:26

Öskürək ürək tutması və hətta infarktöncəsi vəziyyətdən xəbər verə bilər. Hər öskürəyi soyuqdəymə, ağciyərlərlə əlaqələndirmək yanlışdır. Bu xəstələrin həyatını təhlükəyə atır.

Aztibb.az xəbər veri ki, ürək-damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Ramil Əliyevin sözlərinə görə, ürək tutmasının tipik olmayan formalarından biri də astmatik formadır. Bu zaman heç sinədə ağrı da olmur.

Davamlı öskürək, çəhrayı rəngə çalan köpüklü bəlğəm xaric olur, təngnəfəslik, boğulma hissi olur. Xəstə dərindən nəfəs ala bilmir. Tez-tez səthi nəfəs alıb-verir.

Horizontal vəziyyətdə uzanmaq ona çətin olur, yarımoturaq vəziyyətdə özünü normal hiss edir.

İnfarktdan bir həftə və bir neçə gün əvvəl daxildə bir soyuqluq, titrətmə hiss olunur.

Xəstələr bunu qrip, zökəm, ağciyərlərin soyuqlaması ilə səhv salır.

Belə ki, ağciyərləri qan və oksigenlə təmin edən əsas orqan ürəkdə problem olduğu üçün ağciyərlərdə qaz mübadiləsi prosesi pozulur, tənəffüs səthiləşir, öskürək baş verir.

Ona görə bir müddətdir astma kimi öskürək tutmaları olan şəxslər ürəyini də yoxlatmalı, xüsusən yaşlı kişilər, orta yaşlı insanlar, ürək problemi olanlar, nəsildə ürək infarktı olanlar öskürəyə sadəcə öskürəkdir deyib keçməməlidir.

Ürək öskürəyinin səbəbləri:
-arterial hipertenziya (hipertoniya)
-ürəyin işemik xəstəliyi
-miokardit
-kardiomiopatiya
-miokard infarktı
-ürək qüsurları
- aritmiyalar və s.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev