Qəhvəyi və ya ağ: Hansı rəngdə yumurta əslində daha faydalıdır?
15.05.2023 18:16

Şübhəsiz ki, düşünmüsünüz, hansı toyuq yumurtasını almaq daha yaxşıdır. Rəng dad və faydalara təsir edirmi?

Aztibb.az "Eat This, Not That!" saytına istinadən xəbər verir ki, yumurta həzmi asan olan zülalla, amin turşuları, antioksidantlar və sağlam yağlarla zəngindir. Yeri gəlmişkən, bir çox insanlar səhvən zülallara üstünlük verərək sarısını yeməməyin daha yaxşı olduğuna inanırlar. Əslində, yağ yandırıcı maddə - xolin ehtiva edən sarısı olduğundan, xüsusilə də arıqlamaq istəyənlər üçün yumurtanı bütün olaraq yemək daha yaxşıdır.

Mağazalarda yumurta qablarını diqqətlə nəzərdən keçirsəniz, bütün məhsulların müxtəlif rənglərdə olacağını görəcəksiniz. Ağ, süd rəngi, və hətta qəhvəyi yumurta var. Bəzi insanlar qəhvəyi yumurtaların ağ yumurtalardan daha "təbii" olduğunu düşünür.

Əslində bütün bu ifadələri miflərə aid etmək olar. Yumurtaların rəngi yalnız bir səbəbdən fərqlənir: onları müxtəlif cins toyuqlar qoyur. Bir qəhvəyi yumurta və bir ağ götürsəniz, alimlər üçün laboratoriyaya versəniz, bu nəticəni alacaqsınız: qida dəyəri baxımından onlar tamamilə eynidir. Hər ikisində vitaminlər, zülallar və digər minerallar var.

Qəhvəyi yumurtaların çox vaxt ağ yumurtalardan daha bahalı olmasının səbəbi qəhvəyi yumurta qoyan toyuq cinslərinin ağ yumurta qoyan cinslərdən daha böyük olması və daha çox qida, yer və qayğı tələb etməsidir. Xərclərdəki fərq buna görədir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev