Yeni alqoritm: Süni intellekt infarkt diaqnozunun dəqiqliyini artırıb
14.05.2023 17:53

Bir qrup britaniyalı alim süni intellektdən istifadə edərək infarkt diaqnozunun dəqiqliyini artıran və yalançı pozitivlərin sayını azaldan alqoritm hazırlayıb.

Aztibb.az xəbər verir ki, bununla bağlı “Nature Medicine” jurnalında yazı dərc olunub.

Yeni ixtira tibb müəssisələrində həkimlərin işini optimallaşdırmağa kömək edəcək ki, bu da onların diqqətini təcili yardıma ehtiyacı olan xəstələrə yönəltməyə imkan verəcək.

Alqoritm altı ölkədə 10 000 xəstə üzərində sınaqdan keçirilib və 99,6 faiz dəqiqlik götərib.

Miokard infarktının markerlərindən biri ürək hüceyrələri öldüyü zaman qanda görünən protein troponindir. Ancaq bəzi xəstələrdə, əsasən qadınlarda, infarkt zamanı bu zülalın səviyyəsi atipik olaraq aşağı səviyyədədir.

Tədqiqatın müəllifləri CoDE-ACS süni intellekt texnologiyasından istifadə edərək problemin həllini tapıblar. Süni intellekt müxtəlif amilləri – təkcə troponin səviyyələri deyil, həm də insanların bir sıra fərdi xüsusiyyətlərini nəzərdən keçirib. Xüsusilə, EKQ nəticələri, tədqiqat iştirakçılarının anamnezi (tibbi tarixçəsi), cinsi və yaşı nəzərə alınıb.

Qeyd edilib ki, belə geniş siyahı infarkt diaqnozunun dəqiqliyini artırır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev