Demansla mübarizədə yeni dövr: Yeni dərman Alzheimer xəstəliyini ləngidir
10.05.2023 12:49

Dünya alimləri hesab edirlər ki, demensiya ilə mübarizədə yeni dövr başlayıb. Bu, yeni “Donanemab” dərmanının Alzheimer xəstəliyinin inkişafını ləngidirdiyi rəsmən sübut olunduqdan sonra baş verib.

Aztibb.az ridus.ru-ya istinadən xəbər verir ki, dərman xəstələrin beynində yığılan zəhərli zülal yığınlarını ilkin mərhələdə parçalayaraq, xəstəliyin gedişatını dayandıra bilib.

Dərmanın tədqiqində 60-85 yaş arası Alzheimer xəstəliyinin erkən mərhələsində olan 1736 nəfər iştirak edib. Həkimlər 18 ay ərzində onların xəstəliklərinin inkişafını müqayisə ediblər. Daha yüngül simptomları olan insanların həmin dərmandan əla nəticələr əldə etdiyi aşkar edilib.

İngilis xeyriyyə təşkilatı "Alzheimer Society" tədqiqatın nəticələrini "Alzheimerin sonunun başlanğıcı" kimi qiymətləndirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev