Moldovanın DİN rəhbəri koronavirusa yoluxdu
11.10.2020 17:30

Moldovanın Daxili İşlər naziri Pavel Voyku koronavirusa yoluxma səbəbilə reanimasiyaya yerləşdirilib.

 

Aztibb.az xəbər verir ki, bu barədə P.Voykunun rəsmi "Facebook" səhifəsində onun xəstəliyi barədə informasiya yerləşdirilib.

 

“Sentyabr ayında immunitet sistemimin kəskin zəifləməsinə səbəb olan sağlamlıq problemim olduğunu və bu səbəbdən COVID-19 infeksiyasına qarşı daha həssas olduğumu aşkarladım. Keçən həftə test verdim, nəticə pozitiv oldu. İndi Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişəm və müalicə alıram. Səhhətim yaxşılaşıb və ümid edirəm ki, tezliklə işə qayıdacağam”, - deyə nazir bildirib.

 
Qeyd olunur ki, DİN rəhbəri bununla ikinci dəfədir xəstəliyə yoluxub. Bundan öncə o, may ayında virusa yoluxmuş, lakin xəstəliyi yüngül keçirmişdi.

 

O zaman Sərhəd Mühafizə Xidmətinin rəisi Korneliu Qroza, avqustda Səhiyyə, Əmək və Sosial Müdafiə Nazirliyi Viorika Dumbrevyanu da COVID-19-a yoluxmuş, evdə müalicə olunaraq sağalmışdı.

 

Eyni zamanda 10 millət vəkili virusa yoluxmuşdu. Hazırda bütün parlament fraksiyalarından ən azı 7 deputat xəstədir. Bu səbəbdən parlament iclas üçün toplana bilmir və hökumət iclaslarını yalnız onlayn keçirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib