Diyetoloq P vitamininin insan sağlamlığı üçün əhəmiyyətindən danışıb
28.04.2023 10:49

Diyetoloq İrem Aksoy insanın immun sistemində əsas rol oynayan P vitamininin nə qədər əhəmiyyətli olduğunu açıqlayıb. Çox vaxt bu vitamin flavonoidlər adlanır.

Aztibb.az actualnews.org-a istinadən xəbər verir ki, flavanoidlər bitkilərdə olur və mədə-bağırsaq traktı, ürək-damar sistemi xəstəlikləri, diabet və hətta bir sıra onkoloji xəstəliklərindən qoruyur.

Vitamin P həm də immunitetə mühüm təsir göstərir, bütün bədən müxtəlif xəstəliklərdən mühafizə olunur. Flavonoidlərin dəyəri son dərəcə yüksəkdir, çünki onlar insanları stressdən də qoruyurlar.

“Bədəni toksinlərdən qorumaq üçün pəhrizdə çox miqdarda P vitamini olan qidalar olmalıdır. Üzüm və ya moruq kimi meyvələr bağırsaqların fəaliyyətinə müsbət təsir edir, cəfəri və qırmızı bibərdə isə immuniteti gücləndirən vitaminlər var. Pomidor və alma xolesterolu salmağa və çəkinizi idarə etməyə kömək edəcək”, – deyə həkim yekunlaşdırıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev