Alman alimləri yüksək təzyiqin psixikaya necə təsir etdiyini müəyyənləşdiriblər
24.04.2023 18:55

Psixi sağlamlığımız birbaşa ürək-damar sisteminin vəziyyətindən asılı ola bilər. Eyni zamanda, hipertoniya diaqnozundan əvvəl və sonra tamamilə fərqli olur.

Aztibb.az doctorpiter.ru-ya istinadən xəbər verir ki, bir qrup alim Leypsiqdəki Maks Plank İnstitutunda (MPI CBS) yüksək qan təzyiqinin insan psixikasına necə təsir etdiyini öyrənməyə qərar verib.

Bundan əlavə, tədqiqatçılar hipertoniya diaqnozu qoyulanların beyin fəaliyyətinin əziyyət çəkib-çəkməməsi ilə maraqlanıblar.

Təcrübədə orta yaşı 60 olan 500 min insan iştirak edib. Bütün tibbi məlumatları dəqiq şəkildə sistemləşdirmək üçün alimlər maşın hesablama metodundan istifadə ediblər. Bütün məlumatlar Britaniya Biobankından götürülüb.

Araşdırmanın nəticələri maraqlı və hətta gözlənilməz olub. Məlum olub ki, yüksək qan təzyiqi (sistolik) olan insanlar depressiya, narahatlıq, əhval dəyişikliyi və digər psixi pozğunluqlardan daha az əziyyət çəkirlər. Üstəlik, beyin fəaliyyətində də (məlumatı qəbul etmək və emal etmək qabiliyyəti) narahatlıq görülməyib.

Yüksək qan təzyiqinin insanın psixi vəziyyətini yaxşılaşdıra bilməsini alimlər belə izah ediblər ki, bu, fiziki ağrı və stressin qəbulunu əhəmiyyətli dərəcədə azaldır. Beyin təzyiqin yüksəlməsinə alışır, buna görə də insanın ağrı həddi dəyişir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev