Anemiya nədir?
23.04.2023 09:25

Anemiya qanda kifayət qədər sağlam qırmızı qan hüceyrəsi və ya hemoqlobin olmadığı zaman meydana gələn bir vəziyyətdir. Hemoqlobin oksigenin daşınmasından məsul olan qırmızı qan hüceyrələrində olan bir molekuldur.

Aztibb.az–a müsahibəsində uzman pediatr, neonatoloq Kamil Şərifov bildirib ki, anemiya simptomları bədəndə çox az və ya anormal qırmızı qan hüceyrəsi olduqda və ya hemoqlobin quruluşunda olan anomaliyalar və hemoqlobin miqdarının az olması zamanı ortaya çıxır.

Bədənin toxumalarına kifayət qədər oksigen gəlməməsi nəticəsində yorğunluq və zəiflik kimi anemiya simptomları inkişaf edir.

Anemiya səbəbləri nələrdir?

Orqanizmin həyatda qala bilməsi üçün qırmızı qan hüceyrələrinə ehtiyacı var. Qırmızı qan hüceyrələrində tərkibində dəmir molekullarını daşıyan kompleks protein olan hemoqlobin olur.

Hemoqlobin molekulları oksigeni ağ ciyərdən bədənin digər hissəsinə daşıyır. Anemiya qanda kifayət qədər qırmızı qan hüceyrəsi olmadıqda meydana gəlir. Bəzi xəstəliklər və vəziyyətlər qırmızı qan hüceyrələrinin sayında azalmaya səbəb ola bilər. Anemiyanın bir çox növü vardır və bunun səbəbi tək deyil.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev