İnsulin zərərlidir? Hansı halda insulin istifadəsi dayandırıla bilər?
22.04.2023 15:01

İnsulin mədəaltı vəzidən ifraz olunan hormondur və I tip şəkərli diabetlilərdə insulin çatışmazlığı olduğu üçün onun istifadəsi həyati əhəmiyyət daşıyır.

Aztibb.az xəbər verir ki, endokrinoloq Rəhilə Mansurun sözlərinə görə, tez-tez pasientlər tərəfindən insulinin asılılıq yaratdığı, zərərli olduğu haqqında fikirlər səslənir. Daha çox tablet istifadə edən, zəruri hallarda insulin müalicəsinə başlanılan II tip diabetli xəstələrdən bu kimi iddialar eşidirik.

Lakin aparılan araşdırmalara və elmi statistikalara görə, II tip diabetlilərin 75%-i insulin müalicəsi alır. Çünki şəkərli diabet xəstəliyi proqressiv inkişaf edən və xroniki bir xəstəlikdir.Vaxt keçdikcə istifadə olunan şəkərsalıcı (əsasən insulin ifraz etdirici) həbləri ən yüksək dozada istifadə etsəniz də artıq qan şəkərini normallaşdırmağa bu kifayət etmir. Bu halda insulin müalicəsinə başlanmaq şərtdir.

Həmçinin, aşağıdakı hallarda II tip şəkərli diabet diaqnozu qoyulan xəstələrdə insulin müalicəsinə keçmək tövsiyə olunur:

- 3 aylıq şəkərin (HbA1C) 10% və qlükozanın 300 mg/dl üzərində olması;
- Böyük həcmli cərrahi əməliyyatlar
- Ciddi qaraciyər və böyrək çatmazlığı
- Kəskin infeksion proseslər
- Diet ilə nəzarət edilə bilinməyən hamiləlik diabeti.
- Düşünülənin əksinə lazım olduğu hallarda insulinlərin istifadə edilməməsi orqanizmə daha çox zərər vura bilər.

Qeyd edilən hallar aradan qalxdıqdan sonra insulin istifadəsini dayandırmaq və yenidən tablet müalicəsinə başlamaq olar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev