Xroniki ağrı sindromunun əməliyyatsız müalicəsi
22.04.2023 11:35

Dərmanla və ya digər üsullarla müalicəyə tabe olmayan, üç aydan çox davam edən davamlı ağrı xroniki ağrıdır. Xroniki ağrını tez-tez kəskin ağrılarla qarışdırırlar: sümük sınığı və ya əzələ yırtığı zamanı hiss olunan qısamüddətli, müvəqqəti ağrılar kəskin ağrılardır.

Aztibb.az xəbər verir ki, manual onurğa terapevti Ahu Musayevanın bildirdiyinə görə, xroniki ağrılar damar ağrısından tutmuş, onurğa, oynaq mənşəli xəstəliklər, onkoloji problemlə də bağlı ola bilər: "Amma biz bütün bunlara ağrı sindromu olaraq yanaşırıq".

“Xroniki ağrıların səbəbləri tam aydın deyil. Tibb inkişaf etdikcə yeni-yeni səbəblər ortaya çıxır. Bizə olan müraciətlər daha çox baş, boyun və bel ağrıları ilə bağlı olur. Bunlardan sonra isə damar mənşəli xroniki ağrılar gəlir. Müraciətlər arasında üçlü sinir, onurğa yırtıqları ilə bağlı xroniki ağrılar üstünlük təşkil edir”,– həkim bildirib.

Xroniki ağrılar dərman və digər müalicə üsullarına tabe olmayan, səbəbi bilinməyən ağrı növüdür. Xroniki ağrıların bir qisminin də miqrenlə bağlı olduğunu deyilir.

Qeyd edək ki, Qarabağ Xalq Təbabəti metodikaları ilə aparılan müayinə əsasında qoyulan diaqnozda, ağrının hansı səbəbdən qaynaqlandığını bilmək mümkündür. Osteopat həkim Ahu Musayeva tərəfindən aparılan müalicə proqramı tam narkozsuz, kəsiksiz və qansız aparılır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev