Defektoloq: Nəfəs aktı düz olmayan uşağın nitqi çətinliklə düzəlir
20.04.2023 19:02

Nitqin inkişafında düzgün nəfəs almaq çox böyük rol oynayır. Bildiyimiz kimi nitq nəfəs vermə prosesində yaranır. Ona görə də düzgün və səlis nitqin olması üçün ilk öncə nəfəs aktı ilə işlənilməlidir.

Aztibb.az xəbər verir ki, defektoloq-loqoped Nuriyyə Aslanovanın bildirdiyinə görə, nəfəs aktı düz olmayan uşağın birbaşa nitqini düzəltməyə çalışmaq faydasız olacaq və zaman itkisidir.

Uşaqlarla nəfəs aktı işləyərkən bunu oyun formasında, əyləncəli şəkildə etmək daha məqsədə uyğundur. Çünki belə olduqda həm uşaq yorulmur, həm də həvəslə edir.

Bəzi oyunları loqopedin tapşırığı ilə valideyn ev şəraitində də edə bilər. Hətta daha maraqlı alınması üçün oyunu qrup şəklində etmək, uşağın dostlarını, bacı və qardaşlarını cəlb etmək olar.

Həkim uşaqlarda bu vərdişin formalaşması üçün oyunlardan nümunə göstərib:

“Hava Topu”
Oyunçular dövrə vurub dayanırlar və ya otururlar. Aparıcı deyir: “Təsəvvür edin ki, biz hava toplarini doldururuq. Havanı alın, yanaqlarinizi hava ilə dolduraraq xəyalən topu dodaqlarınıza yaxın gətirin və topu yavaş yavaş doldurun. Gözlərinizlə bu topun dolmasını izləyin. Top böyüdükcə onun üzərindəki naxışlar da böyüyür. Təsəvvür etdinizmi? Havanı yavaş-yavaş doldurun ki, top partlamasın. Hansı ölçüdə istəyirsinizsə o qədər hava ufurməlisiniz”.

“Gəmi və külək”
Aparıcı deyir: “Təsəvvür edin ki, bizim gəmi dənizdə üzür və birdən dayanır. Ona kömək etmək üçün küləyi yardıma çagirmaliyiq. Çoxlu hava alın, yanaqlarinizi doldurun və səslə bu havanı bütünlüklə buraxın. Sizin yaratdığınız külək gəmini hərəkətə gətirməlidir. Gəlin bunu təkrar edək. Mən küləyin səsini eşitmək istəyirəm”

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev