Uşaqlarda rinolaliya – Defektoloq bunları tövsiyə etdi
20.04.2023 15:21

Rinolaliya artikulyar aparatın fizioloji və anatomik qüsuru ilə şərtləşən səs qüsurudur. Bu zaman nəinki səs tələffüzündə, həmçinin fonematik qavramada, səs tembrində də qüsurlar olur.

Aztibb.az xəbər verir ki, bununla bağlı məlumat verən NA-Loqopedik Psixoloji Mərkəzin əməkdaşı, defektoloq-loqoped Nuriyyə Aslanova dovşandodaqlıq və qurd ağızlığın rinolaliyanı yaradan səbəblərdən olduğunu deyib:

“Bu zaman cərrahi müdaxilə vacibdir. Rinolaliya açıq və qapalı olur. Açıq rinolaliya-danışıq zamanı nəfəsdən deyil, burundan çıxır. Bu əsasən ağız və burun boşluğunun travması, yumuşaq damağın paralici zamanı olur. Qapalı rinolalya zamanı hava burundan çıxmır. Buna səbəb adenoid, polip və s. ola bilər”.

Həkim rinalaliyalı uşaqlarla işləyərkən ilkin olaraq, səsləri və artikulyar aparatı yoxlamaq lazım olduğunu bildirib:

“Əgər uşaq səsləri buruna verərək danışmağa meyillidirsə onun burnuna xüsusi laqapedik burun zajeminən qoymaq olar. Bu zajemlər sırf loqopedik məşğələlər üçün nəzərdə tutulub. Mütləq uşaq həmçinin otolorinqoloq tərəfindən yoxlanılmalı və daim müşahidə altında olmalıdır”.

Həkim əlavə edib ki, rinalaliyanın korreksiyası zamanı uşaqla səbir və təmkinlə işləmək lazımdır. Daim uşağı “sən düzgün danışa bilərsən” deyə inandırma, səslərin uzadılmasına və artikulyar aparatın məşğələlərinə xüsusi fikir vermək lazımdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev