Qaraciyərin sağlamlığını ayağınıza baxaraq müəyyən etmək olar
20.04.2023 10:51

Xarici əlamətlərlə qaraciyər xəstəliyi müəyyən edilə bilər.

Aztibb.az xəbər verir ki, bu barədə solenka.info-ya həkim-hepatoloq Aleksandr Rusakov məlumat verib. Həkim qaraciyərlə bağlı problemləri göstərən əlamətləri sadalayıb:

“Ayaqlarda və topuqlarda qırmızı nöqtələr görünəndə bu qaraciyərdə xəstəliklə bağlı xəbərdarlıq ola bilər. Eyni şey çatlamış dabanlara da aiddir”.

Həkim həmçinin şaxələnmiş şəkildə görünən damarların və quru, qabıqlı dərinin, eləcə də qaşıntının xəstəlik əlaməti olduğunu qeyd edib.

Onun sözlərinə görə ayaqlarda yanma hissi qaraciyərlə bağlı problemləri göstərə bilər.

Qaraciyər xəstəliklərinin qarşısını almaq üçün həkim pəhrizdə karbohidratların və şəkərin miqdarını azaltmağa çağırıb. Həmçinin, hepatoloq mütəxəssis təyin etmədən və həddindən artıq zərurət olmadan dərman qəbul etməməyi məsləhət görüb. Təbii alternativlərdən istifadə etməyi tövsiyə edib.

Böyük miqdarda narkotik qəbulu da qaraciyəri zədələyir, həkim yekunda bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev