Miopiyanın müalicə üsulları hansılardır? – Oftalmoloq izah edib
19.04.2023 15:55

Miopiyanı korreksiya etmək üçün bir sıra metodlar mövcuddur. Onlar arasında həm optik, həm də cərrahi (refraksion cərrahiyyə) üsullar yer alır.

Aztibb.az-a müsahibəsində oftalmoloq Naibə Bağırova yaxındangörmənin korreksiyası üçün ən çox yayılmış metod kimi eynək və ya linzaların tətbiq olunduğunu bildirib.

Həkim qeyd edib ki, eksimer lazer miopiyanın ən müasir, təhlükəsiz və effektiv korreksiya üsuludur. Eksimer lazer vasitəsilə görmənin bərpası xüsusi soyuq şüa vasitəsilə həyata keçirilir. Bu zaman şüa buynuz qişanın ən nazik qatlarını buxarlandıraraq onun əyriliyini lazımi səviyyəyə çatdırır. Eksimer lazer korreksiyası görmə məhdudiyyəti olmadan dolğun həyat sürməyə şərait yaradır.

Onun sözlərinə görə, miopiyanın daha bir unikal korreksiya üsulu Smart linzaların (“ağıllı” linzaların) tətbiqidir. “Ağıllı” linzalar gözə uzaq, orta və yaxın məsafələrdən gələn işıq şüalarını sındıraraq, retinada bir nöqtədə toplayır, beləliklə, tək bir linza ilə eyni zamanda bütün məsafələrdəki cismləri görmək mümkün olur. Bu linzalar eynək və kontakt linza ehtiyacını aradan qaldırır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib