Endokrinoloq: Qlikemik indeks dəyərinə görə qidaları düzgün seçin
19.04.2023 11:19

Qlikemik indeks tərkibində karbohidrat olan qidaların orqanizmdə qan şəkərini nə qədər artırdığını təyin edən ölçüdür.

Aztibb.az-ın izləyicilərini endokrinoloq Rəhilə Mansur qlikemik indeks haqqında məlumatlandırıb.

Həkimin bildirdiyinə görə, etalon olaraq şəkər tozu indeksi götürülür və qlikemik indeks dəyəri 0-100 arasındadır.

Qeyd edib ki, qidalar qlikemik indeksinə görə 3 qrupa bölünür:

Aşağı Qİ (0-55)
Orta Qİ (56-69)
Yüksək Qİ (70-100)

“Yüksək Qİ olan qidalar artıq insulin ifrazına səbəb olur ki, bu da artıq çəkiyə və piylənməyə yol açır. Aşağı Qİ olan qidalar insulinə həssaslığı artırır və uzun müddət toxluq hissi yaradır”, – həkim bildirib.

Endokrinoloq əlavə edib ki, qlikemik indeks dəyərinə görə gündəlik rasionda qidaları düzgün seçmək sağlam şəkildə çəki atmağa, normal bədən kütləsini qorumağa, qan şəkərini tənzimləməyə (xüsusilə diabetli şəxslərdə) və orqanizm üçün zərərli xolesterolu (LDL) azaltmağa kömək edir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev