Saç tökülməsinin səbəbləri – Endokrinoloq müalicəsindən danışdı
18.04.2023 10:18

Saç tökülməsi hər bir insanın həyatının müəyyən bir dönəmində qarşılaşdığı problemdir. Yetkin şəxslərdə yuyulma və daranma səbəbindən 1 gündə ortalama 80-120 tük tökülməsi normal hesab edilir.


Aztibb.az-a müsahibəsində endokrinoloq Rəhilə Mansur saç tökülməsinin bir çox səbəbləri barədə məlumat verib.

Həkim vitamin və mineral çatışmazlığı, B12, fol turşusu, dəmir, D vitamini, sink və biotin çatışmazlığının saç tökülməsinə səbəb olduğunu deyib.

Həmçinin qeyd edib ki, hormonal səbəblər, tiroid xəstəlikləri-hipotiroidizm, hipertiroidizm, polikistik over sindromu, böyrəküstü vəz xəstəlikləri və istifadə olunan bəzi dərmanlar da problemə yol açır.

Mütəxəssis digər səbəbləri də aşağıdakı kimi sadalayıb:

- Stress və depressiya;
- Doğuş və kimyaterapiya;
- Pis qidalanma;
- Genetik faktorlar;
- Mövsüm dəyişikliyi.

Endokrinoloq saç tökülməsinin qarşısını necə ala biləcəyimizi də tövsiyə edib:

- Vitamin çatışmazlığı müalicə edilməli
- Tiroid panel testləri baxılmalı
- Saç tipinə uyğun şampun istifadə olunmalı
- Sağlıqlı,balanslı və düzənli qidalanmalı
- Saç çox sıx və ya uzun müddətli aralarla yuyulmamalı

 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev