Eşitmə cihazları eşitmə itkisi zamanı demans riskini azalda bilər
18.04.2023 10:07

Çinin Şandonq Universitetinin tədqiqatçıları eşitmə aparatlarının eşitmə itkisi ilə əlaqəli demans riskini azalda biləcəyini aşkar ediblər.

Aztibb.az xəbər verir ki, yeni araşdırma “The Lancet” jurnalında dərc olunub.

2020-ci ildə aparılan bir araşdırmada demans və eşitmə itkisinin demensiyanın inkişafı ilə əlaqəli ola biləcəyi öyrənilib.


Tədqiqatçılar Böyük Britaniyanın Biobank məlumat bazasından 437 704 insanı tədqiq ediblər. Eşitmə itkisinin olması və eşitmə cihazlarının istifadəsi haqqında məlumat anketlərdən toplanıb. Tədqiqat iştirakçılarının orta yaşı 56 olub.

İştirakçıların təxminən 25%-də müəyyən dərəcədə eşitmə itkisi olub. Onların 11,7 faizi eşitmə aparatlarından istifadə edib.

Təhlillər göstərib ki, eşitmə cihazı taxmayan, amma eşitmə itkisi olan insanlarda normal eşitmə qabiliyyəti olan iştirakçılarla müqayisədə demans riski 42% daha yüksəkdir. Bununla belə, eşitmə cihazlarından istifadə edən insanlarda eşitmə itkisi riskinin artması aşkar edilməyib.

Bu o deməkdir ki, eşitmə cihazlarından istifadə eşitmə itkisi olmayan insanlarda demans riskini eyni səviyyəyə endirə bilər.

Bununla belə, bu tədqiqat müşahidə xarakterli olduğu üçün eşitmə itkisi və demans arasında birbaşa əlaqə olmaya bilər. Bunu qəti şəkildə sübut etmək üçün daha uzun və daha ciddi klinik sınaqlara ehtiyac var.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev