Hansı qidalar və vitaminlər gözlər üçün faydalıdır?
18.04.2023 11:11

İnsan orqanizmində bütün orqanlar əhəmiyyətli həyati rola malikdir. Bu səbəbdən düzgün qidalanma əsas şərtdir.

Gözləri qorumaq insanın hər yaşında vacibdir. Bəs hansı qidalar gözlər üçün mühümdür?

Aztibb.az xəbər verir ki, oftalmoloq Naibə Bağırova göz sağlamlığı üçün faydalı qidaları və vitaminləri sadalayıb:

Həkim bildirib ki, kök, gözlər üçün vacib tərəvəzlərdəndir. Kökün tərkibində olduqca çox A vitamini mövcuddur. Yumurta sarısı, portağal, göbələk də A vitamini ilə zəngindir. Bu da göz sağlamlığı üçün vacibdir. Kataraktanın qarşısını alan vitamin qaynağıdır. Qaranlıqda belə daha yaxşı görməyiniz üçün hər zaman kök yeməyiniz tövsiyə edilir.

Gözlər üçün digər faydalı vitaminlərdən biri də C vitaminidir. Portağal, kivi, çiyələk kimi meyvələrdə, həmçinin brokoli və bibərin də tərkibində mövcuddur. Antioksidant qaynağıdır. Aparılan araşdırmalara görə, bu vitamin kataraktanın azalmasına kömək edir.

Diabet xəstələri gözlərini C vitamini ilə qoruya bilər. Yetərli miqdarda qəbul edilən vitamin diabet xəstələrinin gözlərini zərərli maddələrdən uzaq tutur. C vitamini şəkər xəstəliyinin sinirlər və damarlar üzərindəki mənfi təsirlərinin qarşısını alır.

Göz sağlamlığı üçün mühüm vitaminlərdən biri də E vitaminidir. E vitamini antioksidantdır. Badam, yer fıstığının tərkibində zəngindir.

B2 vitamininin əksikliyinə də diqqət edin. Maddələr mübadiləsinin düzgün fəaliyyəti üçün B2 vitaminə ehtiyac vardır. Əksikliyi zamanı həzm sistemi, mədə, böyrək, saç, dəri problemləri ilə qarşılaşıla bilər. Qaraciyər, süd, qatıq, pendir, kök, alma, əncir, balıq və s tərkibində bol miqdarda B2 vitamini yer alır.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev