Körpələrdə məmə şişməsi – Şeytan südü
16.04.2023 12:28

Yenidoğulmuş körpələrdə süd vəzisinin şişməsinin əvvəllər nə olduğu bilinmədiyi üçün yaşlılar əfsanəyə görə uşağın döşündə şeytan südü olduğunu iddia edirdilər və uşağın döşünü sıxaraq bu südü çıxarırdılar.

Aztibb.az-a müsahibəsində uzman endokrinoloq Azad Əkbərzadə bildirib ki, elmin inkişaf etmədiyi bir dövrdə belə müalicə ənənələri adi hal idi. Amma bunun hələ də günümüzdə davam etməsi doğru deyil.

"Bu xəstəlik deyil və müalicəyə ehtiyac yoxdur. Sıxmaq, südünü çıxarmaq, masaj etmək, kamfora yağı qoymaq və s. qəti qadağandır. Bir müddət sonra (adətən 6 ay) süd vəziləri yenidən normal vəziyyətinə qayıdır. Bəzən də bu müddət uzana bilir",- həkim bildirib.

Qeyd edib ki, daha böyük qız uşaqlarında 8 yaşdan əvvəl məmə böyüməsi erkən cinsi yetişkənliyin əlaməti ola bilər. Bu səbəbdən müayinə edilməlidirlər.

Oğlan uşaqlarında isə cinsi inkişaf dövründə süd vəzilər bir qədər böyüyür və hətta ağrılı ola bilir. Bu vəziyyət də normaldır və müalicəyə ehtiyacı yoxdur. Eyni zamanda oğlanlarda süd vəzi böyüməsi kökəlməyə bağlı ola bildiyi kimi (yalançı ginekomastiya) ciddi bir xəstəliyin əlaməti də ola bilər.

Həkim əlavə edib ki, buna görə də, şübhəli vəziyyətdə həkiminizə müraciət etməyiniz məsləhətdir. "Şeytan"la mübarizədə güclərimizi birləşdirək!

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev