2023-cü ildə təbii fəlakətlər barədə xəbərdarlıq edilib – Qafqazda zəlzələ ehtimalı yüksəkdir!
14.04.2023 08:53

Su Mühitinin Monitorinqi üzrə Beynəlxalq Konsorsiumun hidroloqları 2023-cü ildə ABŞ və Kanadanın Böyük Düzənliklərində, Rusiya Federasiyasının qərbində, Monqolustanda və ÇXR-in bəzi ərazilərində şiddətli quraqlığın olacağını proqnozlaşdırıblar. Oxşar problemlər Ural və Alyaskada da yarana bilər. Pakistan, İndoneziya, Braziliya və Qayanada daşqın riski yüksəkdir.

Aztibb.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyalı seysmoloqlar Qafqaz və Krımda zəlzələ ehtimalının yüksək olacağı barədə xəbərdarlıq ediblər.

Məşhur astroloq Nostradamus 2023-cü ildə ciddi kataklizmlərin olacağını proqnozlaşdırıb. O, Yer kürəsinin üzərində "odlu qığılcımların" görünəcəyini bildirib. Astronomların fikrincə, Nostradamus meteor hücumunu nəzərdə tutub.

Özünü "Vanqanın tələbəsi" adlandıran Vera Lyon da bəzi iqlim problemlərini proqnozlaşdırıb. Onun sözlərinə görə, amerikalılar Yelloustoun super vulkanının oyanması səbəbindən problem yaşayacaqlar. Astroloq Lyudmila Muravyova isə bu il dağıdıcı zəlzələlərin olacağını proqnozlaşdırıb.

Bundan əlavə, Hindistanlı Anand tezliklə nəhəng kosmik hadisənin baş verəcəyi barədə xəbərdarlıq edib. Bu, qlobal miqyasda fəlakətə gətirib çıxaracaq. Onun mənfi nəticələri dörd əsr ərzində hiss olunacaq.

Vernadski Universitetinin alimi Vladimir Suxarev aprelin sonuna qədər olan dövrün ən təhlükəli olacağını bildirib. Sonra təhlükə iyul və avqust aylarında görünəcək. Alim öz proqnozunda elektromaqnit rezonans konsepsiyası metodunu rəhbər tutub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev