Mövsümi soyuqdəymə, allergiya, yoxsa burun axması?
14.04.2023 10:06

Burun axması tez-tez rastlaşdığımız ümumi bir haldır. Bir çox səbəbə görə baş verə bilər, lakin ən çox yayılmış soyuqdəymə və allergik reaksiyalarla əlaqəli olanlardır.

Aztibb.az mednovelty.ru-ya istinadən xəbər verir ki, allerqoloq Yana Bıçkova bir növ burun axıntısını digərindən necə ayırd edəcəyinizi izah edib.

Allergik rinit polen, ev tozu və heyvan dərisi kimi allergenlərlə təmas nəticəsində burun mukozasının iltihabına səbəb olur. Eyni zamanda şəffaf, suya bənzər burun axıntısı meydana çıxır. Eyni zamanda qaşınma və asqırma baş verə bilir.

Bu, bəzi bitkilərin çiçəkləmə dövründə xüsusilə tez-tez olur. Allergiyalarda axıntı adətən rəngsiz və şəffaf olur, lakin viral infeksiyalarda yaşıl və ya sarı ola bilər. Bir infeksiyaya yoluxduqda bədənə daxil olan patogen mikroblar səbəbindən burun axması baş verə bilər.

Bir qayda olaraq, kəskin respirator xəstəliklərin təzahürlərindən biri olan soyuqdəymə boğaz ağrısı, öskürək, baş ağrısı və qızdırma ilə müşayiət olunur.

Həkim onu da xatırladıb ki, özünü müalicə etmək ağır nəticələrə gətirib çıxara bilər, bəzi hallarda isə vəziyyəti daha da pisləşdirir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev