Maskadan keçən az miqdarda koronavirus insanda ona qarşı immunitet yarada bilər - Türkiyəli alimdən açıqlama
09.10.2020 14:06

Artıq yeddi aydan çoxdur, gündəlik həyatımızın bir parçasına çevrilən maska, təmizlik və fiziki məsafə saxlamaq vərdiş halını alıb. Koronavirusdan hələ ki, ancaq bu yolla qoruna bilirik.

 

Son günlər maskadan istifadə ilə bağlı yeni məlumat ortaya çıxıb. Maska taxanlarda, virusa məruz qaldıqları halda, anticisimlər inkişaf edir və onlar daha az xəstələnirlər.

 

Aztibb.az Türkiyə mətbuatına istinadən ölkənin Koronavirus Elmi Komitəsinin üzvü professor Rəcəb Öztürkün mövzu ilə bağlı açıqlamasını təqdim edir: “Maska taxdığımız zaman orqanizmə daxil olan mikrobların sayı azalır. Əgər biz və qarşımızdakı adam maska taxıbsa, ətrafa yayılan mikrob sayı çox-çox azalır.

 

Əgər qarşımızdakı insan maskalı deyilsə, məsafədən asılı olaraq, ətrafa müəyyən dərəcədə mikrob dağılır.

 

Bunların bir qismi maskadan keçəndə, sayı çox az olduğundan xəstəlik yaratma gücü aşağı, immunitet yaratmaq üçün isə yetərli olur”.

 

Bu vəziyyətin eynilə peyvəndləmə nəticəsində yaranan immunitetə bənzədiyini deyən professorun fikrincə, peyvənd əslində mikrobun öldürülmüş, zəyifləmiş və ya xəstəlik yaradan hissəsinin texniki üsullarla alınıb orqanizmə verilməsidir. Bu halda orqanizm xəstəliyə cavab verə biləcək vəziyyətə gəlir.

 

Onun sözlərinə görə, pandemiyanın ilk günlərindən başlayaraq mütəxəssislər bildirir ki, mikrob nə qədər çox qəbul edilərsə, xəstəlik bir o qədər ağır keçir: “Bu baxımdan təmizlik qaydalarına əməl etmək, məsafə gözləmək çox önəmlidir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib