Pis vərdişlərin yaratdığı asılılıq vəziyyəti
15.04.2023 09:27

Fərdin somatik və ruhi sağlamlığı, ailə, sosial və iş adaptasiyasını pozacaq dərəcədə təsir göstərən davranışlar pis vərdişlər olaraq dəyərləndirilir.

Aztibb.az xəbər verir ki, bununla bağlı NA-Loqopedik Psixoloji Mərkəzin məlumatında bildirlir.

Qeyd edilir ki, bu qrupa müxtəlif maddələrdən asılılıq, həmçinin televiziya və internet asılılığı da daxildir. Alkoqol, siqaret, maddə (narkotik maddələr) istifadəsi bu təsnifata aid edilir.

Asılılıq maddə istifadəsi əsnasında ortaya çıxan və şəxsin əvvəldən dəyər verdiyi davranışlarından prioritet qazanan bir çox fizioloji, davranış və idrak dəyişiklikləri ilə müşahidə edilən bir vəziyyətdir.

Maddə istifadəsinin sağlamlığa zərər verəcək şəkildə olması fiziki (inyeksiya edilən dərmanların səbəb olduğu hepatitlər kimi) və ya (ağır spirt istehlakının səbəb olduğu ikinci depressiv pozuntu dövrləri) ruhi ola bilər.

Sakitləşdirən maddələr agitasiya və aktivliyin artmasına, narkotik maddələr sosial çəkilmə və daxilə dönük davranışlara səbəb olur. Bir sıra maddələr fərqli dozalarda fərqli təsir yaratma xüsusiyyətinə malikdir.

Asılılıqların terapiyasında konsultant tərəfindən mənfi tərəflər göstərilir, səbəb olan xəstəliklər bildirilir, illərdir problemlə bağlı yaranan müdafiə mexanimzləri qırılır, xəstəlik olaraq qəbul etdirilir. Nəticədə, pasiyent pis vərdişə çevrilən davranışını dəyişərək, yenidən cəmiyyətə adaptasiya olunur.

Əgər psixoloji problemin fonunda somatik problem də müşahidə edilirsə, bu zaman yanaşı tibbi yardım da tövsiyə olunur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev